Xidməti nəqliyyat bölməsinin müdiri

  • Post Date : July 8, 2020
Email Job

Job Description

VƏZİFƏ ÖHDƏLİKLƏRİ:

  • Xəttlərdə olan avtomobil sürücülərinin işinin təşkil edilməsinə, onların növbə planlarını və daşımalar üzrə tapşırıqlarının yerinə yetirilməsinə nəzarət etməli;
  • Bütün nəqliyyat vasitələrinin hərəkətini tənzimləyən dispetçer məntəqələrinin işinə nəzarət etməli;
  • Xəttlərdə olan minik avtomobillərinin, avtobusların təhlükəsiz hərəkətini təmin etmək üçün zəruri tədbirlərin görülməsi;
  • Daşımalara razılaşdırılmış əməli rəhbərliyi təmin etmək üçün sifarişçilərlə, yükləmə-boşaltma məntəqələri ilə, dispetçerlərlə daima əlaqə saxlamalı;
  • Sürücülər tərəfindən işin yerinə yetirilməsi əks olunmuş yol vərəqələrini və digər sənədləri qəbul etməli, doldurmalı və verməli, onların düzgün rəsmiləşdirilməsini yoxlamalı;
  • İstismarda olan nəqliyyat vasitələrinin sürücülərinin, eləcə də istehsalat sahələrinə təhkim olunmuş maşinist və operatorların iş saatlarına riayət etmələrinə daima nəzarət etməli.

 

TƏHSİL/TƏCRÜBƏ:

  • Ali təhsilli;
  • Analoji sahədə ən azı 5 il iş təcrübəsi;
  • MS Office proqramlarını bilməli;
  • Azərbaycan və rus dillərini bilməli;
  • Məsuliyyətli,  işə ciddi yanaşan, dürüst olmalı;

 

ƏLAVƏ MƏLUMATLAR:

  • Əmək haqqı razılaşma əsasında;
  • Şirkət tərəfindən naharla, nəqliyyatla təmin edilmə;
  • İş vaxtı: Bazar ertəsi – Cümə, 09:00 – 18:00, 5 günlük iş həftəsi;
  • Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Bölmə müdiri” yazaraq hr@dsg.az ünvanına göndərilməsi xahiş olunur.
  • Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

 

Other jobs you may like