Tikinti işləri üzrə Sahə Rəisi 

  • Post Date : October 15, 2020
Email Job

Job Description

Crocus Construction” MMC Tikinti işləri üzrə Sahə Rəisi vakansiyasını elan edir:

Vəzifə öhdəlikləri:

– İş proqramına uyğun olaraq öhdəliyə götürülmüş inşaat istehsalını vaxtında, nöqsansız və müəyyən olunmuş keyfiyyətə uyğun olaraq icra etmək;
– Normativ sənədlərin hazırlanması (Gizli aktlar, beton işləri jurnalı və s.);
– Material, işçi və işçi heyəti və podratçının ehtiyaclarını əvvəlcədən müəyyən edərək, layihə rəhbərinə bildirmək;
– Göstərilən iş proqramına uyğun olaraq təfsilatlı iş proqramı hazırlamaq;
– Günlük və aylıq məruzələri hazırlamaq, onlara nəzarət etmək;
– Xərclər barədə məlumatları tam şəkildə müəyyən olunan formalarda saxlamaq və mühəndislik şöbəsinə göndərmək;
– Bütün podrat işlərini və digər işləri həyata keçirmək və mühəndislik şöbəsinə göndərmək;
– Tikinti sahəsində daşınma işlərini həyata keçirmək və layihə rəhbərinə bildirmək;
– Tərtib edilmiş layihələri yoxlayaraq, tikinti işlərinə sürət və maliyyə baxımından təsir göstərəcək mövzularda tövsiyələr hazırlamaq;
– Görüləcək əsas iş elementlərinin iş metod və təlimatlarını hazırlamaq və təsdiqləmək;
– İş təhlükəsizliyinin tənzimlənməsi və təlimatlarına uyğun olaraq işin görülməsinin təmin edilməsi;

Namizədə tələblər:

– Təhsil – Ali təhsil (müvafiq sahədə);
– 5-ildən artıq mühəndis vəzifəsində iş təcrübəsi;
– Kompüter bilikləri – MS ofice, Word, Excell, AutoCad;
– Dil bilikləri – Azərbaycan, Rus;
– Komandanı idarə etmək bacarığı;

İş yeri:

Nardaran qəsəbəsi, Dəmiryolçular küçəsi.
Nahar və nəqliyyat servisi şirkət tərəfindən təmin olunur.

İş vaxtı: I-VI günlər

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər, növbəti elektron ünvana CV göndərə bilərlər: recruitment@seabreeze.az

Other jobs you may like