Texniki təhlükəsizlik üzrə Mühəndis(HSE Engineer)

  • Post Date : October 15, 2020
Email Job

Job Description

Crocus Construction” MMC Texniki təhlükəsizlik üzrə Mühəndis vakansiyasını elan edir:

Vəzifə öhdəlikləri:

– İş yerlərində əməyin mühafizəsi və texniki təhlükəsizliyinə nəzarət etməlidir;
– İş zamanı zədələnmə səbəblərinin analizı və qarşısını almaq üçün tədbirlər hazırlamalı və onların həyata keçirilməsini təşkil etməlidir;
– İş zamanı zədələnmə səbəblərinin analizi və qarşısını almaq üçün tədbirlər hazırlamalı və onların həyata keçirilməsini təşkil etməlidir;
– İş şəraitinin yaxşılaşdırılmasına yönələn kompleks planların hazırlanmasını təşkil etməlidir;
– Binanın, qurğuların və avadanlıqların əməyin mühafizəsi üzrə texniki vəziyyətin yoxlanılmasında iştirak etməlidir;
– Struktur bölmələrində, ətraf mühitin çirkləndirilməsinin qarşısını almaqda tədbirlərin görülməsində iştirak etməlidir;
– İşə götürülənlərlə giriş təlimatı aparmalı və işçilərə əməyin mühafizəsi üzrə ortaya çıxan məsələlərin aradan qaldırılmasına köməklik etməlidir;
– Təlimatların işlənib hazırlanmasını təmin etməlidir;
– Bədbəxt hadisələrin araşdırılmasında iştirak etməlidir;
– İşçilərin əməyin mühafizəsi üzrə ərizə, məktub və şikayətlərinə baxmalı və lazımi ölçülər götürməlidir;
– Əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə mühəndisi mövcud forma və qaydalara uyğun olaraq hesabat aparmalıdır;
– Əməyin mühafizəsi üçün norma, qayda və təlimatları yerinə yetirməlidir

Namizədə tələblər:

– Ali təhsil;
– Bu sahədə 2-4 il iş təcrübəsi olmalıdır;
– Vəzifə üzrə müvafiq sertifikatlar olmalıdır;
– Microsoft Office proqramlarını yaxşı bilməlidir;

İş yeri:

– Nardaran qəsəbəsi, Dəmiryolçular küçəsi.
– Nahar və nəqliyyat servisi şirkət tərəfindən təmin edilir.

İş vaxtı:  I-VI günlər

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər növbəti elektron ünvana CV göndərə bilərlər: recruitment@seabreeze.az  

 

Other jobs you may like