Təmir-tikinti işləri üzrə Mühəndis

  • Post Date : October 15, 2020
Email Job

Job Description

Crocus Construction” MMC Təmir-tikinti işləri üzrə Mühəndis vakansiyasını elan edir:

Vəzifə öhdəlikləri:

– İnşaat işlərinə, proseslərə və texniki xidmət işlərinə nəzarət etmək;
– Təmir-tikinti işləri ilə əlaqədar planın tutulması, işlərin istehsalat planına və normativ sənədlərə uyğun həyata keçirilməsinə nail olmaq;
– Təmir-tikinti işlərinin texnoloji ardıcıllıqla həyata keçirilməsinə və tikinti işlərinin müvafiq keyfiyyətinin təmin olunmasına nəzarət etmək;
– Tələb olunan bütün materialları, avadanlıqları yığmaq və onların müvafiq məqsədə uyğunluğunu yoxlamaq;
– Təmir-tikinti işlərinin plana və büdcəyə uyğun aparılmasına, kənarlaşmaların müvafiq qaydada sənədləşdirilməsi və əsaslandırılmasına nəzarət etmək;
– İşçi briqadalarının iş bölgülərini təyin etmək, onların istehsalat tapşırıqlarını vermək;
– İşlərə mühəndislik baxımından rəhbərlik etmək.

Namizədə tələblər:

– Təhsil – Ali təhsil (müvafiq sahədə)
– 5-ildən artıq mühəndis vəzifəsində iş təcrübəsi
– Kompüter bilikləri – MS office, Word, Excell, AutoCad
– Dil bilikləri – Azərbaycan, Rus
– Komandada işləmək bacarığı

İş yeri:

– Nardaran qəsəbəsi, Dəmiryolçular küçəsi.
– Nahar və nəqliyyat servisi şirkət tərəfindən təmin olunur.

İş vaxtı: I-VI günlər

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər, növbəti elektron ünvana CV göndərə bilərlər: recruitment@seabreeze.az

Other jobs you may like