Təchizat üzrə Menecer

  • Post Date : July 21, 2020
Email Job

Job Description

Vəzifə öhdəlikləri:

  • İstehsal sahələrdən  gələn xidmət və istənilən mal-material, xammal, texnika, ehtiyyat hissələri və avadanlıqların  təchizatı ilə bağlı sorğuların icrası,
  • Bazar araşdırmalarının  edilməsi və yeni tədarükçülərin tapılması,
  • Tədarükçülərlə danışıqların aparılması və uyğun təchizat şərtlərinin müəyyən edilməsi
  • Tenderlərin təşkil olunması, Tender sənədlərinin və elanlarının hazırlanması
  • Tədarükçülərin tenderə dəvət olunması,Tədarükçülərin fəaliyyəti haqqında ilkin məlumatların şirkətin tələblərinə əsasən toplanması,
  • Uyğun qiymət təklif edən tədarükçülərin tapılması və satınalma prosesinin həyata keçirilməsi,
  • Yerli və mərkəzləşmiş təchizat kateqoriyalarının müəyyən edilməsi,
  • satınalma zamanı baş verə biləcək neqativ halların aradan qaldırıması və bununla bağlı tədbirlərin həyata keçirilməsi,
  • Ödəniş üçün lazım olan bütün ilkin sənədlərin toplamının mühasibatlığa təqdim olunmsının təmin edilməsi,
  • Beynəlxalq satınalmalar zamanı sənədləşmənin düzgün tərtib olunmasına və toplanmasına nəzarət olunması,
  • Müqavilələrin hazırlanması, tərtibatının və təchizatla bağlı şərtlərinin yoxlanılması və müəyyən edilməsi,
  • Tender sonrası protokolların hazırlanmasının yoxlanılması,
  • Şirkətin  vahid təchizat prinsiplərinə əməl olunmasının təşkili və nəzarəti,
  • Təchizat şöbəsinin əməkdaşlarının satınalma prosesini şirkətin təchizat prosedurlarına uyğun həyata keçirdiklərinə nəzarət olunması.
  • Səmərəliyin artırılması məqsədi ilə mərkəzləşmiş təchizat prosesinin təşkil olunması,
  • Effektivlik və səmərəliliyin artırılması üçün kateqoriya planlaşdırmasının inkişat edirilməsi.
  • Mövcud tədarükçülərlə əlaqələrin daha da yaxşılaşdırılması.

Tələblər:

  • Ali təhsil; (iqtisadiyyat, Texniki)
  • İstehsalat sahəsində minimum 3 il iş təcrübəsi; 5 il menecer vəzifəsində olmaq
  • CİPS və analoji sertifikata malik olmaq üstünlükdür;
  • Ms office,Satınalma sahəsi üzrə ERP bilikləri;
  • Azərbaycan dili, İngilis dili, Rus dili əla səviyyədə bilmək.
  • Təchizat prosesini mükəmməl şəkildə bilmək
  • Təchizat müqavilələrin hazırlanmasını bilmək
  • Tender prosesini bilmək
  • Logistika qaydalarını və prosedurlarını bilmək
  • Beynəlxalq satınalma qaydalarını bilmək
  • Təchizat planlanması prosesini bilmək

Vakansiya ilə maraqlanan şəxslər  “mövzu” bölməsində “Təchizat üzrə Menecer” qeyd etməklə CV-nizi hr@dsg.az ünvanına göndərin.(Əmək haqqı gözləntinizi qeyd etməyi unutmayın)

Other jobs you may like