Software / SQL developer

  • Post Date : October 15, 2020
Email Job

Job Description

İyirmi altı ildir həm ölkə paytaxtında, həm də regionlarda kadrların işə qəbulu və onların karyera inkişafına öz töhfəsini verən “Yelo Bank” hal-hazırda da gənc və ya təcrübəli mütəxəsisslərə iş imkanları təqdim edir.

Biz, Bankımızın dəyərlərinə daim sadiq qalmağa, belecə müştərilərimizin (həmçinin əməkdaşlarımızın) istəklərini daim ön planda tutmağa, onlara ürəklə, təbəssümlə xidmət göstərməyə, öz hərəkətlərimizdə sadə, ünsiyyətimizdə anlaşıqlı olmağa və onlara mütləq surətdə həll yolları ilə gəlməyə söz vermişik. Bu səbəbdən bu keyfiyyətlərə sahib namizədlərə daim üstünlük veririk.

Karyerasını “Parlaq bankçılıq”da qurmaq istəyən namizədlərimiz elektron poçtun “mövzu” yerinə “Software / SQL developer” qeyd etməklə öz tərcümeyi-hallarını (cv-lərini) cv@yelo.az ünvanına göndərə bilərlər.

Struktur: Biznes tələblərinin idarəedilməsi departamenti / İT hesabatlılıq və məlumat anbarının idarəedilməsi
Vəzifə: Hesabatlıq üzrə mühəndis
Region: Bakı

Öhdəliklər:

• SQL tərtibatı;
• Verilənlər bazasının normallaşdırılması;
• SQL üzrə optimallaşdırma işləri;
• Məlumatları test mühitində yoxlanılması və yenilənməsi;
• Verilənlər bazası kodlaşdırılması üçün standartların yaradılması;
• Resurs sıxlığı olan sorğular barədə tərtibatçılara məlumatın ötürülməsi və onların həll yollarının təklifi;
• Tətbiqlərlə əlaqəli funksiya və məlumatların təkrarlanması fəaliyyətlərinə nəzarət.

Tələblər:

• Bankın dəyərlərinə uyğun işlərin təşkili;
• Kompüter elmləri, informasiya sistemləri və ya əlaqəli bir sahədə ali təhsil;
• 1 ildən çox bank sahəsində Microsoft SQL ilə işləmə təcrübəsi;
• SQL tərtibatı ilə iş;
• SQL Server ilə rahat işləmə bacarığı.

Other jobs you may like