Smetaçı-Mühəndis

  • Post Date : October 15, 2020
Email Job

Job Description

Crocus Construction” MMC Smetaçı-Mühəndis vakansiyasını elan edir:

Vəzifə öhdəlikləri:

– Maliyyə-smeta sənədlərini hazırlayır;
– Əsaslı tikinti-quraşdırma, təmir işləri üçün tərtib olunmuş və təsdiq edilmiş sənədləri, cədvəlləri analiz edir;
– Analiz əsasında tikinti işlərinin smeta dəyərini hazırlayır;
– Dəyişikliklər baş verərkən smeta sənədlərinə düzəlişlər aparır;
– Digər təşkilatlar tərəfindən hazırlanan smeta sənədlərini yoxlayır və bu barədə arayış tərtib edir;
– Tikinti- quraşdırma, təmir və digər işlərinin qiymətləndirilməsində iştirak edir;
– Yenidən qurulan və ya təmir olunan obyektlərə titul vərəqələrinin hazırlanmasında iştirak edir;
– Podratçı təşkilatlarla smeta sənədlərini razılaşdırır və onların normativlərə riayət etmələrini nəzarətdə saxlayır, görülən işlər barədə aktlar hazırlayır;
– Görülən tikinti-quraşdırma və təmir işlərinin qiymətlərinin aşağı düşməsi üçün tədbirlər görür;
– Smeta sənədlərinin uçotunu aparır, smeta- maliyyə hesablamalarını sistemləşdirir;
– Smeta qiymətləri haqqında arayışlar tərtib edir;

Namizədə tələblər:

– Texniki sahədə ali təhsil;
– Sahə üzrə minimum 3 il iş təcrübəsi;
– MS Office, 1C, AutoCAD bilikləri;
– İngilis, rus dillərini bilən namizədlərə üstünlük verilir;

İş yeri:

Nardaran qəsəbəsi, Dəmiryolçular küçəsi.
Nahar və nəqliyyat servisi şirkət tərəfindən təmin olunur.

İş vaxtı: I-VI günlər

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər, növbəti elektron ünvana CV göndərə bilərlər: recruitment@seabreeze.az

Other jobs you may like