Sənədləşmə üzrə mütəxəssis

  • Post Date : September 22, 2020
Email Job

Job Description

Şirkət haqqında: 1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti 14.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. 2021-ci ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.

Vəzifə: Sənədləşmə üzrə mütəxəssis.
İş yeri: Bakı şəhəri,Məhəmmədi qəs.
İş təcrübəsi: 1 il
Təhsil: Ali təhsil(Filologiya üzrə təhsil alanlara üstünlük veriləcəkdir)

İşin Təsviri: Sənəd dövriyyəsinin təmin olunması.

Vəzifə öhdəlikləri:

– Daxil olan sənədləri qəbul etmək və qeydiyyatını aparmaq;
– Sənədləri aidiyyatı üzrə bölüşdürmək və icraçılara çatdırılmasını təşkil etmək;
– Sənədlərin göndərilməsini təşkil etmək;
– Sənədlərin icra müddətinə nəzarət etmək;
– Sənədlərin surətini çıxarma, çoxaltma və elektronlaşdırma işini həyata keçirmək;
– Sənədləri işlər üzrə formalaşdıraraq arxivə vermək;
– Sənədlərdən istifadə edilməsini təmin etmək;
– Aşkar edilmiş sənədləri aktla təhvil almaq;
– Ay ərzində göndərilən sənədlərin siyahısını poçt xidmətləri ilə tutuşdurmaq və poçt xidmətinə görə daxil olan hesabları dəqiqləşdirmək;
– Göndərilən sənədlərin ünvana çatmasına davamlı olaraq nəzarət etmək və çatma xəbərnamələrini poçt xidmətindən tələb etmək;
– Xaricdən şirkətə nümunə malların gətirilməsini təşkil etmək;
– Zəruri sənədlərdə düzəlişlər aparmaq;
– Korlanmış rəsmi blankların hesabatını aparmaq;
– Hər ayın ilk həftəsi sənəd dövriyyəsinin (filiallarla birlikdə), poçt məsrəfləri və düzəlişlərin hesabatını vermək.

Tələblər:

– Azərbaycan dilində yüksək yazı bacarığı;
– MS Office kompüter proqramlarından sərbəst istifadə etmək bacarığı.
– Rus və İngilis dili biliklərinin olması üstünlükdür.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

– İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
– Nahar ilə təmin edilmə.
– Endirimli tibb xidməti.

İş qrafiki: 5 günlük

Müraciət qaydaları: cv@avtlogistics.az elektron poçt ünvanına mövzu hissədə vəzifə adını “Sənədləşmə üzrə mütəxəssis” yazmaqla müraciət edilir.

Other jobs you may like