Rəqəmsal bankçılıq şöbəsinin mütəxəssisi

  • Post Date : October 15, 2020
Email Job

Job Description

Vəzifə: Biznesin İnkişafı İdarəsinin Rəqəmsal bankçılıq şöbəsinin mütəxəssisi

İş qrafiki: 09:00 – 18:00 / Bazar ertəsi – Cümə

Şəhər: Bakı

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

• Maliyyə, menecment, iqtisadiyyat və ya texniki istiqaməti üzrə magistr təhsilin olması;
• Ən azı 3 il bank sektorunda təcrübənin olması;
• Ən azı 1 il rəqəmsal bank xidmətlərin inkişafı sahəsində təcrübə;
• Təhlil etmə və hesabatların hazırlanması bacarıqları;
• Analitik düşünmə qabiliyyəti;
• Komanda işi və bankın digər funskional strukturları ilə işləmək bacarığı;
• Ünsiyyətcil, təşəbbüskar, yüksək təqdimat bacarığı;
• İşdə dəqiqlik və detallara fikirvermə qabiliyyəti;
• Azərbaycan dilini mükəmməl səviyyədə bilmək (rus və ingilis dilini bilmək arzuolunandır);
• Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;
• Müxtəlif proqram təminatlarına yüksək adaptasiya qabiliyyəti.

İŞİN TƏSVİRİ:

• Daxili və xarici bazarlarda rəqəmsal xidmətlərin inkişaf trendlərinin izlənilməsi və bazar araşdırmaların aparılması;
• Klassik bank məhsullarının rəqəmsallaşdırılması məqsədi ilə tədbirlər planının tərtib olunması və aidiyyatı struktur bölmələri ilə işin təşkili;
• İnternet və mobil bankçılıq sistemlərində yeni məhsul və xidmətlərin yaradılması və ya mövcud xidmətlərin optimallaşdırılması üçün texniki tapşırığın formalaşdırılması;
• Yeni rəqəmsal məhsul və xidmətlərin hazırlanması zamanı yerli və xarici potensial tərəfdaşlarla danışıqların aparılması;
• Rəqəmsal bankçılıq sistemində istifadəçi rahatlığın təmin edilməsi məqsədilə istifadəçi rəylərinin aktiv şəkildə toplanılması prosesinin təşkili və sistemin təkmilləşdirilməsi istiqamətində təkliflər paketinin hazırlanması;
• Rəqəmsal bankçılıq sisteminə dair biznes proseslər üzrə xəritələrin qurulması və blok-sxemlərin hazırlanması;
• Rəqəmsal bankçılıq məhsul və xidmətlərinin müştərilər tərəfindən istifadə aktivliyinin, məhsul və xidmətlərin satışı istiqamətində işin təşkili;
• Müştərilərə xidmət göstərən struktur bölmələrinə, yeni rəqəmsal məhsul və xidmətlərin istifadəyə verilməsi zamanı təlimlərin keçirilməsi;
• Yaranmış texniki çətinliklərin aradan qaldırılması üçün Bankın aidiyyatı struktur bölmələri, yerli və xarici partyorları ilə işin koordinasiyası.

QEYD: Tələblərə uyğun olmayan və mail-da “Mövzu” qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan “CV” – lərə baxılmayacaq. CV – lər azərbaycan dilində, “Xalq” Bankın CV formasını doldurmaqla göndərilməlidir.

Əlaqə vasitələri:

E – mail: cv@xalqbank.az

Telefon: (012) 404 43 39
Faks: (012) 404 43 34

Other jobs you may like