Pərakəndə biznes məhsullarının Satışı departamentində Direktor

  • Post Date : October 15, 2020
Email Job

Job Description

İyirmi altı ildir həm ölkə paytaxtında, həm də regionlarda kadrların işə qəbulu və onların karyera inkişafına öz töhfəsini verən “Yelo Bank” hal-hazırda da gənc və təcrübəli mütəxəsisslərə iş imkanları təqdim edir.

Biz, Bankımızın dəyərlərinə daim sadiq qalmağa, beləcə müştərilərimizi (həmçinin əməkdaşlarımızı) daim ön planda tutmağa, onlara ürəklə, təbəssümlə xidmət göstərməyə, öz hərəkətlərimizdə sadə, ünsiyyətimizdə anlaşıqlı olmağa və onlara mütləq surətdə həll yolları ilə gəlməyə söz vermişik. Bu səbəbdən bu keyfiyyətlərə sahib namizədlərə daim üstünlük veririk.

Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda “Pərakəndə biznes məhsullarının Satışı departamentində Direktor” vakansiyasını elan edirik.

Siz elektron poçtun “mövzu” yerinə “PBMSD_Direktor” qeyd etməklə öz CV-lərinizi cv@yelo.az ünvanına göndərə bilərlər.

Struktur: Pərakəndə biznes məhsullarının Satışı departamenti
Vəzifə: Direktor
Bilavasitə tabeçiliyi: İdarə Heyətinin sədrinin müavini / Pərakəndə bankçılıq idarəsi üzrə baş direktor

Vəzifə öhdəlikləri:

• Bankın strategiyası (Strateji Pərakəndə Satış Planı), habelə Bаnk rəhbərliyinin Departamentin fəаliyyətinə dаir qərаr və lаyihələri ilə işləyir;
• Öz səlаhiyyətinə аid məsələlərlə bağlı Bаnkın аdındаn yаzışmаlаr аpаrır və Bankı üçüncü şəxslər qarşısında təmsil edir;
• Departament qаrşısınа qоyulаn vəzifələrin icrаsı məqsədi ilə Bankın digər struktur bölmələri ilə qaşılıqlı əməkdaşlığının təşkil edir;
• Bаnкın Pərakəndə biznes satışının inкişаfınа təsir göstərən qərаrlаrın qəbul оlunmаsı barədə təkliflər verir;
• Departament daxilində olan bütün şöbələrin işini təşkil və nəzarət edir;
• Bankın kredit, qeyri-kredit və bank kartları məhsulların satışını, partnerlarla işi təşkil edir;
• Pərakəndə biznes məhsullarının satışı üzrə filialların fəaliyyətinə funksional rəhbərlik edir;
• Pərakəndə biznes müştərilərə xidmət üzrə Bankın satış nöqtələri şəbəkəsinin inkişaf etdirilməsində iştirak edir;
• Normativ aktlar və Bankın inzibati sənədlərinə əsasən verilmiş səlahiyyətlər cərçivəsində fəaliyyət göstərir;
• Pərakəndə Biznes Məhsullarının Satışı Departamentinin inkişaf strategiyası, qısamüddətli və uzunmüddətli perspektivdə prioritetləri, departamentin fəaliyyətinin kəmiyyət göstəriciləri və büdcəsinin planlaşdırılması üzrə təklifləri hazırlayır;
• Struktur, ştat cədvəli, vəzifə adları və siyahısı,əmək haqqı dəyişikliyi, Pərakəndə biznes məhsullarının Satışı departamentinin və ümumilikdə Bankın fəaliyyətinin təkmilləşdirilməsinə yönəlmiş tədbirlərin həyata keçirilməsi üzrə təklifləri hazırlayır;
• Departamentin tərkibinə daxil olan və satış nöqtələrində tabeçiliyində olan bütün əməkdaşların Struktur, ştat cədvəli, vəzifə adları və siyahısı,əmək haqqı dəyişikliyi yönəlmiş tədbirlərin həyata keçirilməsi üzrə təklifləri hazırlayır;
• Departamentin tərkibinə daxil olan və satış nöqtələrində tabeçiliyində olan bütün əməkdaşların, əmək intizamına, davamiyyətinə və əməkdaşların geyim qaydalarına riayət etmələrinə nəzarət edir;Departament daxili bütün şöbələrin müdirlərinin vəzifə öhdəliklərini Departament daxilində olan bütün şöbələrin nəticəsi barədə İdarə Heyyətinin Sədrinin müavininə – kuratora hesabat verir;.
• İdarə Heyəti qarşısında hesabatları təqdim edir;

Tələblər:

• Bankın dəyərlərinə uyğun işlərin təşkili;
• Ali təhsil;
• Bank sektorunda zəruri minimum iş təcrübəsi 5 il, pərakəndə satış istiqamətində ən azı 3 il rəhbərlik təcrübəsi ;
• AR-in banklar və bank fəaliyyəti haqqında qüvvədə olan qanunvericiliyi, AR MB-nin filialların və kredit təşkilatlarının bölmələrinin fəaliyyət məsələləri üzrə normativ sənədləri, əmək qanunvericiliyi haqqında bilik;
• AR-in Əmək qanunvericiliyinin əsasları haqqında bilik;
• Bank sisteminin quruluşu və bank işinin əsasları haqqında bilik;
• Microsoft office, bank və digər xüsusi proqramların istismarıStrukturlarla danışıqların və işgüzar ünsiyyətin aparılma qabilliyyəti;
• Xarici dil bilməsinə üstünlük verilir (rus dili – yaxşı, inglis dili-arzuolunandır)
• Yüksək dərəcədə analitik qabiliyyət;
• Komandada işləmək və qərarları qəbul etmək bacarığı;
• Məsuliyyət;
• Nəticə əldə etməyə meyl;
• Stressə davamlılıq

Biz Sizə nə təklif edirik:

• Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
• Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
• Sınaq müddəti bitdikdə Könüllü tibbi sığorta proqramına qoşulma;
• Əmək qanunvericiliyinə uyğun iş şəraiti;
• Müasir idarəetmə sistemi və mehriban kollektiv

Other jobs you may like