Maliyyə hesabatları üzrə mütəxəssis

  • Post Date : July 7, 2020
Email Job

Job Description

Əsas öhdəliklər:

– Aylıq əsasda büdcənin icrasına nəzarət və bu istiqamətdə müqayisə və təhlillərinin aparılmasında və müvafiq təqdimatın hazırlanmasında bilavasitə iştirak etmək;

– Aylıq korporativ hesabatların (“Rəhbərliyə Hesabat”) və Şirkətin Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (“MHBS”) üzrə yarım-illik və illik maliyyə hesabatlarının hazırlanmasında bilavasitə iştirak etmək;

– Hesabat prosedurlarını daxili nəzarət tələblərinə və beynəlxalq maliyyə hesabatı standartlarına cavab verən şəkildə icra etmək;

– Daxili hesabat sisteminin inkişaf prosesinə tövhə verir və bu prosesin davamlı təkmilləşdirilməsinə dəstək olmaq.

– Fəaliyyət istiqamətləri üzrə proqram təminatlarının işlənilməsində və müvafiq proseslərin avtomatlaşdırılmasında bilavasitə iştirak etmək;

– Sığorta portfeli üzrə maliyyə vəziyyətinin təhlilində iştirak etmək;

– Kənar auditorların məlumat təminatında iştirak etmək;

– Birbaşa rəhbər tərəfindən verilmiş digər tapşırıqlar (maliyyə təhlilləri, müxtəlif məlumatların toplanılması və s.).

Tələb olunan göstəricilər və bacarıqlar:

– Ali təhsil. İxtisas – Maliyyə, Mühasibat və s.

– İstiqamət üzrə 2 ildən çox təcrübə.

– Azərbaycan və rus dillərində sərbəst danışıq bacarığı, işgüzar ingilis dili biliyininn olmas.

– MS Office ilə qabaqcıl istifadə bacarıqları.

– Ümumi qəbul olunmuş mühasibat prinsipləri və qaydaları, beynəlxalq maliyyə menecmenti və iqtisadi prinsiplər üzrə nəzəri biliklər

– Dəqiqlik, diqqətlilik, planlama və təşkilatçılıq qabiliyyəti

– Məntiqi və analitik düşünmə tərzi və təşəbbüskarlıq.

– Böyük dördlüyə (Big Four) aid olan audit şirkətlərində təcrübəsi olan namizədlərə üstünlük veriləcək.

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi hr@dsg.az ünvanına göndərin.

Other jobs you may like