Logistika üzrə koordinator

  • Post Date : November 2, 2020
Email Job

Job Description

“ATEF ŞİRKƏTLƏR QRUPU” MMC

Logistika üzrə koordinator” vəzifəsinə vakansiya elan edir.

Əmək haqqı: 1000-1200 AZN

İş şəraiti

– İş yeri: Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi
– 5 günlük iş həftəsi
– Nahar fasiləsi: 12:00-13:00
– Nahar müəssisə tərəfindən təmin edilir.

İş barədə məlumat

– Təchizat müqavilələrinin şərtlərinin təhlilinə və tədarükün etibarlılığına dair təlimat vermək;
– Təchizatçılardan sifarişlərin hazırlanmasını və vaxtında yerləşdirilməsini təmin ermək;
– Təchizatçılarla müqavilələrin bağlanmasını əlaqələndirmək, sifarişlərin icrası və çatdırılma nəticələrini təhlil etmək;
– Malların daşıyıcısını müəyyənləşdirək;
– Daşınma, ekspeditor və malların daşınması ilə əlaqədar digər xidmətlər üçün müqavilələrin bağlanmasını təmin etmək;
– Nəqliyyat planlarının işlənib hazırlanmasını həyata keçirmək;
– Daşınma xərclərinin effektivliyini artırmaq üçün yüklərin Geopozisiyasını regionlara görə optimallaşdırmaq;
– Nəqliyyatın texnoloji prosesini təşkil etmək;
– Nəqliyyat və texnoloji prosesin sənəd dövriyyəsini təmin etmək;
– Nəqliyyatın keyfiyyətini və yükün vaxtında verilməsini təhlil etmək;
– Məhsulların daşınması şərtlərini müəyyənləşdirmək, geri qaytarılmış məhsulların qəbulu və yerləşdirilməsi üzrə işləri əlaqələndirmək, yenidən işlənməyə göndərmək;
– Logistikada risk menecmentini həyata keçirmək-avadanlıq, mal, xammal, material, yük, daşıyıcı məsuliyyəti üçün sığorta təmin etmək;
– Malların daşınması zamanı, məhsulların saxlanması və daxili hərəkəti zamanı təhlükəsizliyinin təmin edilməsi tədbirlərini təşkil etmək;
– Yeni daşıyıcı şirkətlər araşdırıb tapmaq;
– Tabeliyində olan işçilərə rəhbərlik etmək.

Tələblər:

– Ali iхtisas təhsili;
– Müvafiq sahə üzrə 3 il iş təcrübəsi;
– Problemləri həll etmə bacarığı;
– Təhlil etmə bacarığı;
– Kargüzarlıq qaydaları haqqında biliklər;
– Xarici dil bilikləri (yükək səviyyədə);
– Ünsiyyət qurma bacarığı;
– İNCOTERMS-2010 (beynəlxalq ticarət sövdələşməsi) qaydaları haqqında biliklər;
– MS Office proqramında sərbəst işləyə bilmək bacarığı (EXCEL – yüksək səviyyədə);
– Coğrafi, riyazi və məntiqi biliklər.
– Azərbaycan Respublikası qanunvericiliyinin və logistika sahəsində fəaliyyətini tənzimləyən normativ hüquqi aktların tələblərini bilməlidir;
– Logistika sistemlərinin əsasları, logistika əlaqələrinin formalaşdırılması qaydalarını bilməlidir;
– Logistik informasiya sistemləri və onların funksiyalarını bilməlidir;
– Logistika planlaşdırmasında proqnozlaşdırma prinsiplərini bilməlidir;
– Təchizat, nəqliyyat, anbar, satış və maliyyə sənədlərinin qeydiyyatı üçün tələbləri bilməlidir;
– Gömrük və nəqliyyat qanunvericiliyinin əsaslarını bilməlidir;
– Biznes planlarının, müqavilələrin, sazişlərin hazırlanması qaydasını bilməlidir;
– Bütün nəqliyyat növləri ilə yük daşımalarının təşkilini bilməlidir;
– Əməyin mühafizəsi tələbləri və yanğın təhlükəsizliyi qaydalarını bilməlidir;

Bu vəzifəyə müraciət etmək üçün CV-ni hr@atef.az ünvanına göndərə bilərsiniz. CV göndərən mövzu yerinə vəzifənin adını “Logistika üzrə koordinator” göstərin.

Son müraciət tarixi: 15.11.2020.

Other jobs you may like