Laboratoriya üzrə servis mütəxəssisi

  • Post Date : July 20, 2020
Email Job

Job Description

Vəzifə Öhdəlikləri

  • Avadanlığın və sistemlərin laboratoriya şəraitində və obyektlərdə qurulması, tənzimlənməsi, sazlanması və işə salınmasını həyata keçirir, onların saz vəziyyətdə saxlanılmasına nəzarət edir.
  • Eksperiment və sınaqların aparılmasında iştirak edir.
  • Cihazları qoşur, lazım olan xüsusiyyətləri və parametrləri qeydiyyata alır, alınmış nəticələri emal edir.
  • Proqram, təlimat və başqa texniki sənədlərin işlənib hazırlanmasında, maketlərin hazırlanmasında eləcə də aparılan tədqiqat işlərinin hazırlanması zamanı sınaq və eksperiment işlərində iştirak edir.
  • Təsdiq olunmuş metodiki proqram əsasında aparılan tədqiqat işləri prosesində yekun materialları, statistik hesabat məlumatlarının, elmi-texniki məlumatların yığımı, emalı və toplanması işini yerinə yetirir.
  • İşlənib hazırlanan layihə və aparılan tədqiqat işlərinin qeydiyyatına lazım olan diaqrammaları, cədvəl, qrafik və başqa texniki sənədləri tərtib edir.
  • Sənədlərin qrafiki rəsmiləşdirilməsini həyata keçirir.
  • Görülən işin baxılmasından və müzakirəsindən sonra, qəbul edilmiş qərara əsasən texniki sənədlərə lazımi dəyişikliklər və düzəlişlər edir.
  • Aparılan işlər haqqında hesabat tərtib etmək üçün alınan məlumatı sistemləşdirərək emal edir və hazırlayır.

Tələblər:

  • yerinə yetirdiyi işə aid olan metodiki, normativ və sorğu materiallarını, tədqiqat və layihə, sazlama işlərinin görülməsinin əsas üsullarını bilmək
  • işin ixtisasına uyğun xüsusi ədəbiyyatda, qüvvədə olan standartları və texniki sənədlər üçün işlənib hazırlanan texniki şərtlər və onların tərtib edilmə və rəsmiləşdirmə qaydaların bilmək
  • ölçmələrin, müşahidələrin və eksperimentlərin ardıcıllıqla aparılması texnikasını, nəzarət ölçü cihazlarını və onlardan istifadə qaydalarını bilmək
  • istifadə olunan avadanlığın texniki və konstruktiv xüsusiyyətlərini, təyinatını, işləmə prinsipini, istismar qaydalarını bilmək
  • müşahidə metodlarını və defektin aşkar edilməsi qaydalarını bilmək;
  • avadanlığın parametrlərini, iş rejiminin xüsusiyyətlərini bilmək;
  • ölçmə metodlarını və texniki hesablamaların qrafiki və hesablama işlərinin aparılması vasitələrini bilmək;
  • əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını bilmək.

Namizədə tələblər:

  • Ali təhsil( Kimya üzrə bitirənlərə üstünlük veriləcək)
  • Microsoft proqraları üzrə biliklər
  • Analitik düşüncə tərzi

Vakansiya ilə maraqlanan şəxslər  “mövzu” bölməsində “Laboratoriya üzrə servis mütəxəssisi” qeyd etməklə CV-nizi hr@dsg.az ünvanına göndərin.

Other jobs you may like