Hüquqsünas

  • Post Date : November 18, 2020
Email Job

Job Description

Vəzifə öhdəlikləri:

– Müqavilələrin hazırlanması;
– Hüquqi sənədlərin tərtib edilməsi;
– Qarşı tərəfin təqdim etdiyi müqavilələrin onun qanunvericiliyin və Cəmiyyətin maraqlarına uyğunluğunu yoxlamaq;
– Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavabların hazırlanması;
– Müqavilələrin sistemləşdirilməsi işinin təşkilinə yardım və bununla bağlı birbaşa rəhbərin tapşırıqlarının yerinə yetirilməsi.

Tələblər:

– Hüquq üzrə ali təhsil (magistr dərəcəsi olanlara üstünlük veriləcək);
– Hüquq sahəsində 1 ildən az almayaraq iş təcrübəsi;
– Namizəd AR-nın mülki qanunvericiliyini (xüsusilə öhdəliklər, əqdlər, françayzinq, ipoteka, icarə, lisenziya və s. daxil olmaqla), mülki və inzibati prosessual qanunvericiliyini mükəmməl bilməlidir;
– Orta səviyyədə ingilis və rus dili biliyi arzuolunandır;
– Məsuliyyət, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmalı;
– Dürüst və vicdanlı olmalı, məntiq və hüquqi analiz qabiliyyətinin yüksək olmalıdır;
– Yazı və nitq (natiqlik) qabiliyyətinin yüksək olmalıdır.

Təminatlar:

– Nahar ilə təmin edilmə;
– Servis xidməti;
– Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
– 5 günlük iş qrafiki.

Vakansiya ilə bağlı müraciət etmək istəyən namizədlər “Hüquqşünas” adını mövzu hissədə qeyd etməklə CV formalarını hr@dsg.az   elektron poçt ünvanına göndərə bilərlər.

Other jobs you may like