BMHS üzrə Baş mütəxəssis

  • Post Date : October 15, 2020
Email Job

Job Description

1996-cı ildə Bakı şəhərində əsası qoyulan Sinteks MMC bu gün Qafqaz və Mərkəzi Asiyada ən böyük və uğurlu pərakəndə satış şirkətlərindən biridir.

SINTEKS öz üzərinə tanınmış beynəlxalq moda evlərindən tutmuş yeni yaranmış markalara kimi, dünyanın aparıcı moda brendlərini təmsil etməyi götürüb.

Şirkət dəb, zərgərlik və qida sahələrində 80-dən artıq mağazaya rəhbərlik edir.

Sinteks Şirkətlər qrupuna hal hazırda BMHS üzrə Baş mütəxəssis tələb olunur.

İşin rolu:

İşin əsas rolu şirkətin BMHS üzrə uyğun uçotun aparılması və hesabatlılığın təmin etməkdir

Vəzifə öhdəlikləri:

• BMHS-in tələblərinə uyğun olaraq aralıq və illik maliyyə hesabatlarını tərtib etmək
• Hesabatlılıq prosesinin və aylıq bağlanış prosedurlarının səmərəli təşkilini həyata keçirmək
• Xarici və daxili auditorlarla qarşılıqlı əməkdaşlıq, sorğuların emalı, məlumatları toplamaq və təqdim etmək
• BMHS tələbləri əsasında mühasibat uçotunun aparılması ilə əlaqədar mühasibatlıq komandasına metodiki dəstək vermək
• Mütəmadi olaraq BHMS-nin nəticələrini anlamaq və texniki məsələlər və Mühasibat Uçotu Standartlarının dəyişiklikləri üzrə müntəzəm yenilikləri izləmək üçün onları təhlil etmək

Əsas tələblər:

İxtisas / Təhsil:
• İqtisadiyyat, Maliyyə və ya Biznesin İdarəedilməsi üzrə Ali təhsil

Təcrübə:

• Maliyyə və ya Mühasibat sahəsində 3 ildən çox iş təcrübəsi
• Müvafiq vəzifədə ən azı 2 il iş təcrübəsi

Bilik və bacarıqlar:

• Azərbaycan dilini əla, rus dilini və ingilis dilini yaxşı səviyyədə bilmək
• MS Office Proqramlarını yaxşı bilmək: Word, Excel, Powerpoint və s
• ACC / CIMA
• MHBS
• Mühasibat proqramı
• Maliyyə Hesabatları və izahedici qeydlərlə işləmə bacarığı

Kompetensiyalar:

• Detallara diqqət
• Analitik bacarıq
• Zamanın idarə olunması

Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini recruitment@sinteks.com e-mailına, mövzu hissəsində “BMHS üzrə Baş mütəxəssis” qeyd edib göndərilməsi xahiş olunur.

Other jobs you may like