Baş mühasib (İstehsalat və satış üzrə)

  • Post Date : November 18, 2020
Email Job

Job Description

Əsas vəzifə və funksiyaları:

  • Şöbənin işçilərinin fəaliyyətinə rəhbərlik edir, nəzarəti həyata keçirir və onlar arasında iş bölgüsü aparır;
  • Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin mühasibat uçotu reyestrlərində) düzgün qeyd edilməsini, ona nəzarəti, operativ məlumatların təqdim edilməsini təşkil edir;
  • Mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi, digər bölmə və xidmət sahələri ilə birlikdə təsərrüfat daxili ehtiyyatların aşkara çıxarılması və təchiz edilməsi məqsədi ilə mühasibat uçotu və hesabatının məlumatları üzrə Cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətinin iqtisadi təhlilinin həyata keçirilməsini təmin edir;
  •  Daxil olan pul vəsaitlərinin, mal-material qiymətllərinin və əsas vəsaitlərin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, habelə müxtəlif istehsal dövriyyəsi qarşılığında müəssisənin əldə edəcəyi mənfəətlərin (pul vəsaitlərinin) toplanması, ödəniş edəcək təşkilatlara hesab-fakturaların göndərilməsi, istehsal dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanmasını, həmçinin qurumlarda tullantıların utilizasiyasının müvafiq qaydada həyata keçirilməsini təşkil edir
  •  Qurumlardan mağaza və obyektlərə dair sənədləşmələrin toplanmasına və  sistemləşdirilməsinə nəzarət edir;
  •  Maliyyə, hesabat və kredit əməliyyatlarının, Cəmiyyətin təsərrüfat-maliyyə fəaliyyətinin yekunları üzrə əməliyyatların uçotunu təşkil edir.
  • Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibi, əmək haqqının ödənilməsi hesabları, dövlət qurumlarına ödəmələr, dövlət sosial sığorta haqqı, kapital qoyuluşu vəsaitləri, banklara sudalar üzrə borcların qoyulan vaxt ərzində verilməsi, tələbat fonduna və digər ehtiyat fondlarına ayırmaların vaxtında icra olunmasını təşkil və nəzarət edir;
  • İlkin mühasibat və maliyyə sənədlərinin hazırlanmasına, hesablaşmaların və ödəniş öhdəliklərinin vaxtında yerinə yetirilməsinə nəzarət edir;
  •  Əmək haqqı fondunun sərf olunmasına, vəzifə maaşlarının təyin edilməsinə, pul vəsaitlərinin, əmtəə-mal qiymətlilərinin və əsas fondların inventarlaşmasının həyata keçirilməsinə, mühasibat uçotu və hesabatın  təşkilinin yoxlanması və Cəmiyyətin bölmələrində sənədli təftişin qaydalarına riayət edilməsinə nəzarət edir;
  •  Ştat, maliyyə və kassa intizamına ciddi əməl edilməsi, inzibati-təsərrüfat və digər xərclərin, debitor borcların, çatışmazlıqların və itkilərin mühasibat balanslarından silinməsi işlərinə nəzarət edir;
  • Mühasibat və maliyyə sənədlərinin çoxaldılması, tərtib edilməsi və arxivə təhvil verilməsinin müəyyən edilmiş qaydada yerinə yetirilməsinə nəzarət edir;
  • Mühasibat və maliyyə məsələləri, nəzarət, hesabat və iqtisadi təhlil üzrə Cəmiyyətin bölmə işçilərinə rəhbərlik edir.
  • Departamentin digər bölmələr ilə koordinasiyasınının təşkil edilməsinə nəzarət edir;
  • Mağazaların xəzinadarlarının işini tənzimləyir, onlardan lazımi hesabatları tələb edir;. Cəmiyyətin maliyyə vəziyyəti ilə bağlı təhlillər aparır və xidmət səviyyəsinin artırılması üzrə Cəmiyyətin rəhbərliyinə təkliflər verir.

İş rejimi:Həftədə 5 gün, 8 saatlıq
İş şəraiti və əmək haqqı:
1. Ofis daxili
2. Əmək haqqı – 1 500 AZN

Namizədlər üçün tələblər:

  • Yaş-30-45
    • Cinsiyyət- kişi
    • Dil bacarığı-  Azərbaycan dili (sərbəst) , İngilis dili (arzuolunan), rus dili (sərbəst))
    • Təcrübə-3ildən yuxarı
    • Təhsil-Ali (minimum bakalavr)
    • MS Windows, MS Office (Excel, Word, Outlook) 
    • Elektron Maliyyə proqramları bilik və işlətmə bacarığı
    • İdarəçilik qabiliyyətlərinə malik olmalı, Mövcud qanunvericiliyi bilməlidir.

CV-lərinizi vakasiyanın adını qeyd etməklə hr@dsg.az ünvanına göndərməyiniz xahiş olunur.

Other jobs you may like