Haqqımızda

Home / Haqqımızda

DSG 2004-cü ildə yaradılıb və bu gün Azərbaycanda ən uğurlu konsaltinq və Karyera mərkəzidir. 2010-cu ildə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə DSG şirkəti Azərbaycan Beynəlxalq Karyera və İşəgötürənlər Alyansına daxil olmuşdur. DSG Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının üzvüdür (ARGTMŞ).

Bizim məqsədimiz konsaltinq, təlim və tədbirlərin təşkili və şəxsi inkişaf xidmətləri vasitəsilə müştərilərimizi dəstəkləmək və öz işlərini inkişaf etdirməkdə köməklik göstərməkdən ibarətdir.

Personal – istənilən şirkətin aktivində ən qiymətli resurslardan biridir. Sırf kadr təşkili və kollektivin içində olan abu hava maliyyə nailiyyətlərini və komandanın inkişaf tempini müəyyən edir. Artıq 15 illik təcrübəyə dayanaraq biznesin ən müxtəlif istiqamətində kadr dəstəklənməsi göstərməklə , peşəkar şəkildə şirkətlərin nailiyyətlərinə şərait yaradırıq. Bunun əsası isə düzgün kadr seçimindədir.

Şirkətimiz kadr seçimində köməkliyini göstərdikdən sonra da inkişaf tempini qorumaq üçün seçim sisteminin inkişaf etdirilməsinə və ya onun inkişafı üçün konsaltinq xidmətləri göstərməyə hər zaman hazırdır.

Ən dəyərli tərəfdaşlıq yüksək xidmət və etibarlılıqdan doğur.